...

Fiziki məhdudiyyətli uşaqlar üçün AAAF Parkda əyləncə (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2016 15:54 (UTC +04:00)
Bir qrup fiziki məhdudiyyətli, aztəminatlı və şəhid ailələrindən olan uşaqlar valideynlərlə bərabər Müqəddəs Qurban bayramını AAAF Parkda keçirib.
Fiziki məhdudiyyətli uşaqlar üçün AAAF Parkda əyləncə (FOTO)

Bakı. Trend:

“İstedadlı Əlillər İctimai Birliyinin” təşəbbüsü və AAAF Holdinqin təşkilatçılığı ilə bir qrup fiziki məhdudiyyətli, aztəminatlı və şəhid ailələrindən olan uşaqlar valideynlərlə bərabər Müqəddəs Qurban bayramını AAAF Parkda keçirib.

AAAF Parkdan Trend-ə verilən məlumata görə, qonaqlar əvvəlcə kompleksi gəzib. Daha sonra “Limuland” Uşaq Əyləncə Mərkəzinə gələn uşaqlar attraksionlarda doyunca əyləniblər.

“İstedadlı Əlillər İctimai Birliyinin” Abşeron bölməsinin sədri Qubad Qasımov bayram münasibəti ilə AAAF Parka gələn qonaqlar barədə AAAF TV-yə müsahibəsində söhbət açıb, təşkilatçılara minnətdarlığını bildirib.

Əyləncənin davamında qonaqlar üçün süfrə açılıb, onlar müxtəlif təamlardan dadıblar. Eyni zamanda, Kompleksin balaca qonaqlarından birinin ad günü də “Limuland”də qeyd olunub. Çay süfrəsindən sonra qonaqlar xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti