...

Nazir müavini: Qeydiyyatdan keçirilən dərmanların qiymətini Tarif Şurası müəyyən edəcək

Cəmiyyət Materials 19 Sentyabr 2016 12:55 (UTC +04:00)
Azərbaycanda hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən ediləcək.
Nazir müavini: Qeydiyyatdan keçirilən dərmanların qiymətini Tarif Şurası müəyyən edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirlməsinə icazə verilir: "Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir. İlk növbədə hər kəsi dərmanların keyfiyyəti maraqlandırır. Qiymətin aşağı olması ilə yanaşı, onun keyfiyyəti də vacib amildir. Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində dərmanların qiyməti 2-3 dəfə, ümumilikdə isə dərmanların qiyməti 90 % aşağı düşüb. Bu, mütəmadi və tamamlanmayan prosesdir. Hər bir yeni qeydiyyatdan keçirilən dərman prepapartlarının qiyməti Tarif Şurası tərəfindən qoyulacaq. Müəyyən xırda problemlər yaşanılır və bunun da yerində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti