...

Dmitri Azarov: Dövlət ölkə vətəndaşlarının fikirlərini bildirmələri üçün hər cür şərait yaradıb

Cəmiyyət Materials 26 Sentyabr 2016 18:21 (UTC +04:00)
Dövlət Azərbaycan vətəndaşlarının ölkənin gələcəyini müəyyənləşdirən vacib məsələlər üzrə fikirlərini bildirmələri üçün hər cür şərait yaradıb.
Dmitri Azarov: Dövlət ölkə vətəndaşlarının fikirlərini bildirmələri üçün hər cür şərait yaradıb

Bakı. Maksim Tsurkov – Trend:

Dövlət Azərbaycan vətəndaşlarının ölkənin gələcəyini müəyyənləşdirən vacib məsələlər üzrə fikirlərini bildirmələri üçün hər cür şərait yaradıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiya Federasiya Şurasının komitə sədri Dmitri Azarov deyib

O bildirib: "Referendumda yüksək seçki fəallığının şahidi olaraq qeyd etdik ki, müzakirəyə çıxarılan dəyişiklik müddəalarının izah edilməsi üçün böyük hazırlıq işləri aparılıb".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti