...

Samuxda partlayışda yanan ər-arvad Bakıya gətirildi (ÖZƏL)

Cəmiyyət Materials 21 Oktyabr 2016 17:59 (UTC +04:00)
Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışda xəsaqrət alan iki nəfər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə yerləşdirilib.
Samuxda partlayışda yanan ər-arvad Bakıya gətirildi (ÖZƏL)

Bakı. Samir Əli -Trend:

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışda xəsarət alan iki nəfər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə (Respublika Yanıq Mərkəzi) yerləşdirilib. Bu barədə Trend-ə şöbənin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılardan 1961-ci il təvəllüdlü Naçar İsmayılovun səhhəti nisbətən sabit olsa da, həyat yoldaşı - 1965-ci il təvəllüdlü Zemfira İsmayılovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxana: Samuxda qaz partlayışından zərərçəkənlərin vəziyyəti ağırdır

Xəstəxana: Samuxda qaz partlayışından zərərçəkənlərin vəziyyəti ağırdır

Qeyd edək ki, bu gün səhər saatlarında Samuxun Aşağı Ağasıbəyli kəndində partlayış baş verib. Partlayış N.İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində N.İsmayılov və həyat yoldaşı Z.İsmayılova ağır dərəcəli yanıq xəsarətləri alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti