...

BMT rəsmisi: Azərbaycan hökumətinə gənclərin inkişafı proqramında dəstək göstərməyə hazırıq

Cəmiyyət Materials 24 Oktyabr 2016 16:14 (UTC +04:00)
Bu gün ADA Universitetində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) həyata keçirilməsində gənclərin roluna həsr olunmuş panel müzakirə keçirilib.
BMT rəsmisi: Azərbaycan hökumətinə gənclərin inkişafı proqramında dəstək göstərməyə hazırıq

Bakı. Trend:

Bu gün ADA Universitetində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) həyata keçirilməsində gənclərin roluna həsr olunmuş panel müzakirə keçirilib.

Trend-in xəbərinə görə, tədbirdə çıxış edən BMT-nin Bakıdakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai bildirib ku, bu gün bütün dünyada BMT Günü kimi qeyd edilir. Onun sözlərinə görə, bu gün dünyada çoxlu sayda gənc yaşayır və onlar proseslərdə çox fəal iştirak edirlər. BMT Bakı ofisinin rəhbəri həmdə vurğulayıb ki 2015-ci ilin sentyabrında Azərbaycan digər BMT-ə üzv ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 gündəliyini qəbul edib: "Dayanıqlı İnkişaf gündəliyi gənclər üçün vacib yol xəritəsidir. Azərbaycan hökumətinə gənclərin inkişafı proqramı çərçivəsində öz dəstəyimizi verməyə hazırıq".

Tədbirdə qonaqları salamlayan ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, gənclər müstəvisində BMT ilə əməkdaşlığın daha da inkişafını gözləyir, o deyib ki, burda tədbirlərin keçirilməsi üçün yaxşı imkan var və BMT-nin Bakı ofisinin tədbirləri burada keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti