...

Bu il orta məktəblərdə müəllim işləmək istəyənlərin yarıdan çoxu qadın olub

Cəmiyyət Materials 25 Oktyabr 2016 14:08 (UTC +04:00)
2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub.
Bu il orta məktəblərdə müəllim işləmək istəyənlərin yarıdan çoxu qadın olub

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.

İdarə rəisi qeyd edib ki, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib.

M.Hacıyeva əlavə edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərindən əksəriyyəti qadındır. Ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır.

Nazirlik rəsmisinin sözlərinə görə, elm sahəsində də qadınların sayı ilbəil artır. O qeyd edib ki, 2070 doktorantdan 1052 nəfəri qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti