...

Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir

Cəmiyyət Materials 29 Oktyabr 2016 13:37 (UTC +04:00)
2017-ci ilin 18-19 fevral tarixlərində Bakı şəhərində Batut Gimnastikası üzrə FIG Dünya Kuboku “AGF Trophy” yarışları keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir

Bakı. Trend:

2017-ci ilin 18-19 fevral tarixlərində Bakı şəhərində Batut Gimnastikası üzrə FIG Dünya Kuboku “AGF Trophy” yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Batut Gimnastikası üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir.

Könüllülər tədbir zamanı iştirak edəcək nümayəndə heyətləri ilə, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəklər.

Batut Gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında baş tutacaq.

Əlavə olaraq, bu tədbirdə iştirak edəcək könüllülər, həmçinin, 2017-ci ildə təşkil olunacaq idman gimnastikası (16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG Dünya Kuboku “AGF Trophy” yarışlarına da könüllü kimi qatılmaq imkanı əldə edəcəklər.

Kubokda könüllü olmaq istəyən gənclər 20 noyabr 2016-cı il tarixinədək elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olub, qeydiyyatdan keçə bilərsiniz:

https://goo.gl/forms/PD0KCGiJzGv35ssA2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti