...

Sabahın havası - Bakıda yağış, rayonlarda qar yağacaq

Cəmiyyət Materials 17 Noyabr 2016 12:45 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabahın havası - Bakıda yağış, rayonlarda qar yağacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözləilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-12° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 17-si axşamdan 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti