...

Dişlərdə karies niyə yaranır?

Cəmiyyət Materials 24 Noyabr 2016 13:50 (UTC +04:00)
Karies - dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub, bir çox səbəblər nəticəsində baş verir.
Dişlərdə karies niyə yaranır?

Bakı. Trend:

Karies - dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub, bir çox səbəblər nəticəsində baş verir. Ən çox yayılmış səbəblər isə bunlardır:

- ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi;
- ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;
- dişin sümük toxumasının möhkəmliyinin azalması.

Karies diş ərpi olan yerdə inkişaf edir. Dişlərini təmizləməyən və çox konfet, makaron, peçenye, kartof püresi yeyən uşaqlarda diş ərpinin daha artıq miqdarda toplanması qeyd edilir. Diş ərpi minlərlə mikroblar üçün yaxşı yaşayış mühitidir. Bu mikroblar diş emalını və dentin təbəqəsini dağıdaraq son nəticədə kariesin əmələ gəlməsinə səbəb olurlar.

Çoxsaylı mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur. Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir. Bəs kariesin qarşısı vaxtında necə alınmalıdır? Müalicəyə nə vaxt başlamaq lazımdır?

Bütün bu sualların cavabını bilmək və digər sağlamlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın. "Sağlam nəsil" Lider TV-də şənbə günü saat 18:00-da, təkrarı isə bazar günü saat 16:00-dadır. Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz. Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/c/saglamnesil
https://www.facebook.com/SaglamNesil/?fref=ts

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti