...

Xaricə getmiş ixtisaslı kadrların Azərbaycana qayıdışı stimullaşdırılacaq

Cəmiyyət Materials 25 Noyabr 2016 15:35 (UTC +04:00)
Xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisasları kadrların geriyə qayıdışı stimullaşdırılacaq.
Xaricə getmiş ixtisaslı kadrların Azərbaycana qayıdışı stimullaşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisaslı kadrların geriyə qayıdışı stimullaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.

Layihəyə görə, stimullaşdırmada məqsəd həmin şəxsləri ölkənin iqtisadi inkifaşına cəlb etməkdir. Layihədə ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əmək miqrasiyasının genişlənəcəyini nəzərə alaraq, əmək miqrasiyası proseslərinin idarəolunmasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, daxili əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsi axınından qorunması təmin ediləcək, yüksək ixtisaslı mütəxəssislərin cəlbinə üstünlük veriləcək. Əcnəbiləri işə cəlb edən işəgötürənlər və yüksək ixtisaslı əcnəbilər yerli kadr hazırlığına cəlb ediləcəklər.

Bununla yanaşı, başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti