• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

BANM ilə Əbu-Dabi Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi

7 Dekabr 2016 11:52 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi və Dubay şəhərlərinə səfər ediblər.

Bu barədə Trend-ə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əməkdaşlığın strateji istiqamətləri və prespektivləri baradə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura səviyyəsinə genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunub. Görüşdə, o cümlədən bakalavr təhsil səviyyəsi ilə əlaqədar olan mövcüd müqaviləyə dəyişiklik ilə bağlı tərəflər arasında razılaşma imzalanıb.

Səfər zamanı rektor Elmar Qasımov və nümayəndə heyəti HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak ediblər. Daha sonra HVU-nun Dubay kampusu, xüsusilə tədris binaları, auditoriyalar və laboratoriyalar ilə tanış olan nümayəndə heyəti professor-müəllim heyəti ilə də görüşüblər.

Səfərin sonuncu günü BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən Neft İnstitutunun prezidenti Dr. Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüş çərçivəsində Neft İnstitutu və BANM arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu və gələcəkdə BANM tələbələrinin Əbu-Dabi Neft İnstitutunda magistr təhsil səviyyəsində ödənişsiz təhsil almaları barəsində ilkin razılıq əldə olundu. Daha sonra nümayəndə heyəti Neft İnstitutunda tədrisin həyata keçirilməsi ilə, xüsusilə də, İnstitutun laboratoriyaları ilə tanış olublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • BANM
Digər xəbərlər
Hindistan səfiri: Bakı Ali Neft Məktəbi tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir
Cəmiyyət 20 Noyabr 12:10
Bakı Ali Neft Məktəbi Polis Akademiyası ilə “İnformasiya təhlükəsizliyi” üzrə əməkdaşlığa başladı (FOTO)
İqtisadiyyat 7 Noyabr 10:27
Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu
İqtisadiyyat 22 Oktyabr 10:36
BANM ilə Bolqarıstanın Ruse Universiteti arasında birgə magistr hazırlığı müzakirə olunub
İqtisadiyyat 30 Sentyabr 13:02
Bakı Ali Neft Məktəbinin “Məzun günü” keçirilib (FOTO)
İqtisadiyyat 4 İyul 14:33
Nigeriyalı gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaq
İqtisadiyyat 3 İyul 11:11
Xəbər lenti
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağrılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Siyasət 16:43
Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq
Dünya xəbərləri 16:02
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Gündəm 15:20
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
Dünya xəbərləri 14:42
Masallıda zəlzələ baş verib
Hadisə 14:07
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Hadisə 13:29
Sabah hava necə olacaq?
Gündəm 13:12
“Sitrus vadisi”ndə bir gün - Aqrotur (FOTO)
İqtisadiyyat 12:52
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri