...

Hər il toksikoloji zəhərlənmələrin 3 faizi sirkə turşusu və dərmanlarla bağlıdır

Cəmiyyət Materials 7 Dekabr 2016 12:38 (UTC +04:00)
İntihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir.
Hər il toksikoloji zəhərlənmələrin 3 faizi sirkə turşusu və dərmanlarla bağlıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

İntihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir.

Trend-in məlumatına görə, bunu respublikanın baş toksikoloqu, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə deyib.

Ötən illər ərzində də bu göstəricinin 3-4% olduğunu deyən baş toksikoloq əlavə edib ki, KTM-yə hər ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 5-7 nəfər müraciət edir. Bu il sirkə turşusundan 8 nəfər ölüb. Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişə zəminində baş verən hadisələr nəticəsində olur.

A.Maqsudov əlavə edib ki, ümumilikdə il ərzində mərkəzə zəhərlənmə ilə bağlı 68 uşaq daxil olub. Onlardan 42 nəfəri dərmandan, qalanları isə dəm qazından zəhərləniblər. İlan sancması ilə bağlı isə 114 xəstə müraciət edib.

A.Maqsudov deyib ki, bu il ərzində KTM-yə dəm qazından zəhərlənmə ilə əlaqədar 454 nəfər müraciət edib ki, onların da 332-si xəstəxanaya yerləşdirilib. Mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin orta-ağır, qalanlarının vəziyyəti isə yüngül olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti