...

“Müştəri məmnuniyyəti” kitabının təqdimat və imza günü olub (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2016 11:46 (UTC +04:00)
“Müştəri məmnuniyyəti” adlı kitabın təqdimat və imza günü keçirilib.
“Müştəri məmnuniyyəti” kitabının təqdimat və imza günü olub (FOTO)

Bakı. Trend:

“Müştəri məmnuniyyəti” adlı kitabın təqdimat və imza günü keçirilib.

Kitabın müəllifi Arzu Qafarlı tədbirdə bildirib ki, müasir marketinqin tələbi olan müştəri məmnuniyyəti bu gün müəssisələrin planında ön sıradadır: "Əvvəllər şirkətlər tək satmağa çalışırdılarsa, indi müştərini qoruyub saxlamağı da düşünürlər. Bu gün bizim bazarda müştərinin məmnun qaldığı istehsal, xidmət sahəsində fəaliyyət göstərən onlarla müəssisənin adını açıqlamaq olar. Bununla yanaşı, bu brendlər “Made in Azerbaijan” adı ilə xaricdə belə müştərilərin rəğbətini qazanıblar. İnanırıq ki, bu kimi müəssisələrimizin sayı yaxın illərdə daha da çox olacaq".

Müəllifin qeyd edib ki, kitabda bu sahənin daha da inkişaf etdirilməsində ən zəruri olan mövzulara toxunulub və məsləhətlər verilib. Bu sahədə işləyənlər kitabdan yararlanaraq öz nəzəri və praktiki biliklərini daha da artıra bilərlər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə bildirib ki, bu kitabdan qazanan bizim gənc sahibkarlarımız olacaq.

Təqdimatda iştirak edən müxtəlif şirkət rəhbərləri müştəri məmnuniyyətinə toxunaraq bu kimi kitabların çox vacib olduqlarını vurğulayıblar.

Sonra tədbir iştirakçıları müəllifin imzalı kitablarını əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti