...

Nazir: Universitetlər gənclərin xarici dil öyrənməsinə imkan yaratmalıdır

Cəmiyyət Materials 21 Dekabr 2016 13:06 (UTC +04:00)
Universitetlər gənclərin elmi tədqiqatlatla məşğul olmasına, onların xarici dil öyrənməsinə imkanlar yaratmalıdırlar.
Nazir: Universitetlər gənclərin xarici dil öyrənməsinə imkan yaratmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Universitetlər gənclərin elmi tədqiqatlatla məşğul olmasına, onların xarici dil öyrənməsinə imkanlar yaratmalıdırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, 2016-cı ildə ölkədə ali məktəblərə qəbul olanların sayı 1990-cı ilə nisbətən 2 dəfəyə yaxın artıb. Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağını güman etdiklərini deyən M.Cabbarov bildirib ki, Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir.

Nazir əlavə edib ki, aspirantura və doktoranturada təhsil alanların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur.

M.Cabbarov qeyd edib ki, ümumi təhsilin keyfiyyət göstəricilərində son 3 ildə yüksəliş əldə edilib. Bunun nəticəsi ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti