...

Mübariz Qurbanlı Biləsuvarda vətəndaş müraciətlərini dinləyib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2016 14:25 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib.
Mübariz Qurbanlı Biləsuvarda vətəndaş müraciətlərini dinləyib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 22-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qəbulda 16 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti