...

Aşqarlar Kimyası İnstitutunda yeni sürtkü yağları yaradılıb

Cəmiyyət Materials 13 Yanvar 2017 12:28 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yeni sürtkü yağları yaradılıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, institutun rəhbərliyi ilə AMEA-nın Təcrübə-Sənaye Zavodunun nümayəndələri arasında görüşdə istehsalı nəzərdə tutulan yeni yaradılmış sürtkü yağlarının və sürtkülərin sınaq nəticələri müzakirə olunub.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Təcrübə-Sənaye Zavodu ilə əməkdaşlığın bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, iki qurum bir müddətdir respublikanın sürtkü materiallarına olan tələbatının ödənilməsi istiqamətində əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti