...

"Azəravtoyol" problemli yolları nəzarətə götürüb

Cəmiyyət Materials 31 Yanvar 2017 09:52 (UTC +04:00)
Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.
"Azəravtoyol" problemli yolları nəzarətə götürüb

Bakı. Samir Əli - Trend:

Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb: "Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur".

A.Nəcəfli bildirib ki, tədbirlər görülməsinə baxmayaraq, sürücülər nasaz avtomobillərlə yollara çıxmasınlar: "Təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə, digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə, texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti