...

Qəza nəticəsində susuz qalmış Bakının mərkəzində problem nə vaxt həll olunacaq? - Rəsmi cavab (ÖZƏL)

Cəmiyyət Materials 2 Fevral 2017 17:07 (UTC +04:00)
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı Su Kanal İdarəsinin xüsusi briqadası və texnikaları əraziyə cəlb edilib.
Qəza nəticəsində susuz qalmış Bakının mərkəzində problem nə vaxt həll olunacaq? - Rəsmi cavab (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı Sukanal İdarəsinin xüsusi briqadası və texnikaları əraziyə cəlb edilib.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, hazırda kəmərdə təmir-bərpa işləri davam etdirilir:

"Gecə saatlarında problem aradan qaldırılacaq və əhali yenidən fasiləsiz su ilə təmin ediləcək. Həmçinin çalışacağıq ki, axşam saatlarında əhalinin içməli su tələbatını təmin etmək üçün ehtiyat anbarların suyundan istifadə edək. Sadəcə, 24 saat fasiləsiz su ilə təmin edilən ərazilər, ola bilsin ki, fasiləli rejimə keçsin. Bunun üçün ciddi narahatlığa əsas yoxdur".

Xatırladaq ki, bu gün Bakıya gələn magistral su kəmərində baş vermiş qəza ilə bağlı "Azərsu" ASC Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacağı barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti