...

Tələbələrin kredit qaytarılması mexanizmi dəyişdirilə bilər

Cəmiyyət Materials 8 Fevral 2017 12:56 (UTC +04:00)
Bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur.
Tələbələrin kredit qaytarılması mexanizmi dəyişdirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün tələbələr üçün təhsil kreditlərinin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Bunun üçün biz bu mexanizmi bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik".

Trend-in məlumatına görə, bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ""Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda keçirilən tədbirdə deyib.

R.Mahmud deyib ki, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan tələbələrə təhsil kreditləri güzəştli şərtlərlə verilir. Kreditlərin faiz dərəcəsi 8 faizdən 6 faizədək dəyişir. Kreditin qaytarılma müddəti 5 ildən 10 ilədəkdir: "Amma kreditin qaytarılması üçün tələbələrə təhsil müddəti bitdikdən sonra müəyyən güzəşt müddəti də verilir. Nəzərdə tutulur ki, o müddət ərzində tələbə hansısa işlə təmin olunacaq. Ödənişlər güzəşt müddəti bitdikdən sonra olmalıdır. Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və bu zaman tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur".

Xəbər lenti

Xəbər lenti