Bakı Metropoliteni daha 2 yeni təsərrüfat qatarını istismara verib (FOTO)

Bakı Metropoliteni daha 2 yeni təsərrüfat qatarını istismara verib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenində daha iki yeni təsərrüfat qatarı istismara verilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın “Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi” MMC-nin istehsalı olan dartı modullu “MTK-3-004” motovozu 185 at gücünə, “MT-1-005K” tipli turbodizelli təsərrüfat qatarı isə 270 at gücünə malikdir. Dəmiryol nəqliyyatı üçün müəyyən olunmuş yüksək Avropa standartlarına uyğun gələn motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılmış xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir: ""Bakı Metropoliteni” QSC fəaliyyətə başladıqdan sonra bu məsələlərə xüsusi diqqətlə yanaşılır. Çünki metropolitenin sərnişinlərə təhlükəsiz və mədəni xidməti, səmərəli fəaliyyəti, əsasən, gecə növbəsində, cəmi 3 saat ərzində yerinə yetirilən işlərdən çox asılıdır. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, xəttə 75-85 təsərrüfat qatarı çıxır. İşçiləri, maşın və mexanizmləri, avadanlıqları tunellərə daşıyaraq müxtəlif işlərin yerinə yetirilməsində əvəzsiz rolu olan bu nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalıdır".

N.Paşayev bildirib ki, qeyd edilən iki motovozdan başqa, 2014-cü ildən bu günədək daha iki yeni motovoz alınıb. Həmin ilin sentyabrında Rusiyanın Tixoretsk Maşınqayırma Zavodunun “TM 270k” tipli yeni nəsil motovozunun sınaqdan çıxmış ilk nümunəsi Bakı metropoliteninə gətirilib. 2015-ci ildə isə Kambarskdakı zavoddan alınmış “MTK-1-038” markalı dartı modullu motovoz alınıb. Bu təsərrüfat qatarları yuxarıda qeyd edilən ekoloji tələblərlə yanaşı, müasir texniki standartlara da tam cavab verir.

Bu maşınların əsas ortaq üstünlükləri yüksək güc qabiliyyətidir. Buna qədər metropolitenin ən mürəkkəb sahələrinə xüsusi ağırlıqlı və uzunluğu olan mal-materialın daşınmasında iki və üç təsərrüfat qatarından istifadə olunurdusa, bu motovozlar həmin işi təkbaşına yerinə yetirirlər. Bu, ehtiyatda qalan digər təsərrüfat qatarlarını müvafiq işlərə yönəltməyə və effektivliyə nail olmağa imkan verib.

Qeyd edilən təsərrüfat qatarlarında manipulyator və uzanan çoxqollu hidroqaldırıcı kranlar tunellərdə ən çevik işlərin icrasına imkan verir, ağır avadanlıqların daşınıb yerləşdirilməsi baxımından işçi qüvvəsinə böyük dəstəkdir. MTK tipli təsərrüfat qatarlarında 380 V gərginliyi verə bilən 50 kVt-luq generatorlar xüsusi işlərin yerinə yetirilməsində əvəzsiz vasitədir. Radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma, hərəkətin parametrləri üzrə registratoru, ehtiyat mühərriki motovozlarda tətbiq olunan texnoloji yeniliklərdir. Bu mənada idarəetmənin kompüterləşdirilməsi daha vacibdir. Bu, təsərrüfat qatarının idarə olunması ilə yanaşı, mümkün problemlərin vaxtında aşkar olunması baxımından əhəmiyyətlidir. Müşahidə kameraları isə motovozun görünməyən müxtəlif tərəflərini, xüsusən platformalar qoşulduqda arxa sahənin görüntüsünü ekrana ötürməklə yüksək təhlükəsizliyə riayət olunur. Yeni gətirilmiş motovozlarda mühərrikin maşinist kabinasından kənarda olması ona qulluğa və təmirinə əsaslı surətdə yeni baxışdır. Bununla həm mühərrikin səs-küyünün maşinist salonuna daxil olmasının qarşısı alınır, həm də daha rahat müşahidə aparmağa, diqqətli olmağa, siqnalları daha asan müəyyən etməyə şərait yaradılır.

Bu yaxınlarda metropolitenə ilk dəfə təkər cütlərinin diametri 720 mm olan 10 yeni arabacıq gətirilib. Kambarskda istehsal olunmuş bu arabacıqların və təsərrüfat qatarlarının təkər cütləri arasındakı fərqin aradan qaldırılması təkcə həm onlara qulluğu asanlaşdırır, həm də xüsusi təyinatlı işlərin yerinə yetirilməsində, ələlxüsus uzun ölçülü pletlərin daşınmasına əlverişli şərait yaradıb. Bununla yüksək təhlükəsizlik, döngələrdə, əyrilərdə geniş diapazonda manevrli iş qabiliyyəti təmin edilib. Yeni ölçülər həm də arabacığın götürdüyü yükün artıq hər təkərin üzərinə düşən yük əsasında riyazi hesablama ilə aparılmasına, təhlükəsizliyin və səmərənin yeni meyarlarının tətbiq edilməsinə imkan verib.

Daha bir yenilik yanacaqdoldurma məntəqəsi ilə bağlıdır. "Nərimanov" elektrik deposunda, əsasən, motorels distansiyasının ehtiyaclarını ödəyən hərəsi 15 ton həcmə malik və davamlı materiallardan hazırlanmış iki yanacaq çəni quraşdırılıb. Xüsusi kart vasitəsilə avtomatik yanacaqdoldurmadan savayı, yanacağın miqdarı və dövriyyəsi də arxivləşdirilir. Bununla yanacaqla təchizata insan müdaxiləsi tam aradan qaldırılıb və proses şəffaf idarə olunur. Avtomatlaşdırma sayəsində proqram təminatının yenilənməsinə ehtiyac yaranarsa, təchizatçı şirkət prosesə məsafədən müdaxilə edə bilər.

Yaxın gələcəkdə isə iş şəraitinin, dispetçer məntəqəsi, avtomobil qarajının və sanitar şəraitinin ən yüksək tələblər səviyyəsinə çatdırılması ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Polşa prezidenti koronavirusa yoluxub
Polşa prezidenti koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik
Azərbaycan nefti ucuzlaşıb
Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır - Türkiyə Müdafiə Nazirliyi
Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini (FOTO/VİDEO)
Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi (FOTO)
Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Rusiyada bir gündə 16 mindən çox yoluxma qeydə alındı
Erməni terroru nəticəsində bu gün həlak olan yeniyetmə xalasıgilə qonaq getmişdi (FOTO)
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev
Ermənistan hər dəfə atəşkəs razılaşmasını pozur, mülki əhaliyə davamlı olaraq atəş açır - Deputat
Azərbaycan tərəfə keçmək istəyən erməni mülki şəxslərə və hərbçilərə yardım göstərməyə hazırıq - Hikmət Hacıyev
Sabah hava necə olacaq?
Oktyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənilib
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib
Əlcəzair və Misir mediası Gəncə terrorundan yazıb
Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 75 min nəfəri keçdi
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - Müdafiə Nazirliyi
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Düşmən yaşayış məntəqələrimizi raket atəşinə tutur
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun siyasi məqsədlərindən danışıb
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur
Prezident İlham Əliyev: Bakının mərkəzində erməni kilsəsi var, bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb
Polşa prezidenti koronavirusa yoluxub
Azərbaycan Prezidenti: Bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir
Prezident İlham Əliyev: Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalıdır
Azərbaycandakı dini konfessiyalar erməni terroruna qarşı həmrəylik nümayiş etdirib (VİDEO)
Azərbaycan Prezidenti: Müharibə dayanandan sonra Türkiyənin rolu çox mühüm və müsbət olacaq
Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb (FOTO)
Prezident İlham Əliyev: Müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır
Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər
Sabunçu sakini bıçaqla qətlə yetirilib
Azərbaycan Prezidenti: Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik
Azərbaycan Prezidenti: Ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır
Prezident İlham Əliyev: Türkiyə əsla münaqişəyə cəlb edilməyib
Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı
Prezident İlham Əliyev: Sərhədi erməni işğalçılarından tamamilə təmizlədik, İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Prezident İlham Əliyev: Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik
Cəlilabadda karantin qaydalarına riayət etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO)
Uğurla gerçəkləşən xilaskarlıq missiyası: Qarabağı yalnız İlham Əliyev kimi qətiyyətli lider azad edə bilərdi
Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib (FOTO)
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakıda yanğın olub
Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - BŞİH (FOTO)
Bakıda minik avtomobili yanıb
Ermənistanın atdığı “Smerç” raketi yaşayış evinin həyətinə düşüb - Hikmət Hacıyev (VİDEO)
Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb
Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə dərc olunub
Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi
Ceyhun Bayramov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ilə Qarabağ münaqişəsini müzakirə edib
Fransada koronavirusa yoluxanların sayı milyonu keçdi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib (VİDEO)
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN
Arsenalımızda kifayət qədər zirehli texnikamız var - Müdafiə Nazirliyi
Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi - Ceyhun Bayramov
Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - RƏSMİ
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə Ermənistanın yaydığı məlumat xülyadır - MN
Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib
Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçi kimi iştirak etdiyini bildirib
Ermənistanın Azərbaycana hücumları danışıqları mənasız edir - Deputat
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir - ŞƏRH
Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır - Səfir
Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Qondarma kriminal xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır - Tural Gəncəliyev
Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Dövlət Komitəsində olub
Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır
İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir - Səfir
Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır - MN
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Dünya vəkillərinə müraciət olundu
Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb - Anar Eyvazov
İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat
Prezidentə yazırlar: Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsində (VİDEO)
Bütün xəbərlər