Bakı. Trend:
Rusiyada yaranan "Beynəlxalq Ordu Oyunları" coğrafiyasını genişləndirir. Bu il oyunların 10-a yaxın müsabiqəsi Çin, Qazaxıstan və Azərbaycanda keçiriləcək.
Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bu il bir neçə ölkə Beynəlxalq Ordu Oyunlarını keçirmək üçün bizə müraciət edib. Bu il oyunların 6 müsabiqəsi Çində, 1-i Azərbaycanda, daha bir neçəsi isə Qazaxıstanda keçiriləcək".