...

Səyavuş Heydərov: Hegemonluq etmək istəyən dövlətlər din amilindən istifadə edirlər

Cəmiyyət Materials 3 Mart 2017 12:42 (UTC +04:00)
“Azərbaycanda radikal dini cərəyanların məqsədləri bizə məlumdur, onların əsas hədəflərinin gənclər olmasını da bilirik və buna qarşı adekvat tədbirlər həyata keçirilir”.
Səyavuş Heydərov: Hegemonluq etmək istəyən dövlətlər din amilindən istifadə edirlər

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərbaycanda radikal dini cərəyanların məqsədləri bizə məlumdur, onların əsas hədəflərinin gənclər olmasını da bilirik və buna qarşı adekvat tədbirlər həyata keçirilir”.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

S.Heydərov bildirib ki, radikal dini cərəyanlar qadağan olunmuş dini ədəbiyyatlardan istifadə etməklə, internet, sosial şəbəkələr vasitəsilə təbliğat aparmağa cəhd edirlər.

O qeyd edib ki, bu gün Azərbaycanda dövlət səviyyəsində radikal dini cərəyanların qarşısını almaq üçün zəruri addımlar atılır, dövlət qurumları, hüquq-mühafizə orqanları, yerli icra strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Komitə sədrinin müavini bildirib ki, hegemonluq etmək istəyən dövlətlər öz geosiyasi və digər maraqlarını həyata keçimək üçün din amilindən istifadə edirlər: "Bəzi maraqlı qüvvələr Nardaran hadisələri və ondan sonrakı proseslər zamanı ajiotaj yaradaraq öz maraqlarını həyata keçirməyə çalışırdılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti