...

"Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı

Cəmiyyət Materials 16 Mart 2017 16:06 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılıb.
"Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar imzalanıb.

Qərara əsasən, yeni MMC Sumqayıt şəhərindəki dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə yaradılır.

"Sumqayıt Bulvar" MMC-nin idarəetmə aparatının işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.

MMC-yə cari il üzrə saxlanılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan 300000 manat vəsait ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti