Bakı. Anaxanım Hidayətova - Trend:
Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək siyasi və iqtisadi səviyyədədir. Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması ilə bağlı Ali Məhkəməyə müraciəti siyasi xarakter daşımır.
Bunu Trend-ə “Yeni Rusiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib.
Onun sözlərinə görə, nazirliyin bu müraciəti böyük ehtimalla formal məsələlərlə bağlıdır.
N.İsayev qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinin bu qərarı müvafiq siyasi məsləhətləşmələrdən və görüşlərdən sonra təkrar nəzərdən keçirilə bilər.
Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb. Rusiyanın Ədliyyə Nazirliyi bu təşkilatın öz fəaliyyətində ölkə qanunvericiliyini pozduğunu əsas gətirərək, onun ləğvi məqsədilə Ali Məhkəməyə müraciət edib.