...

33 ölkədən psixoloqlar Azərbaycanda toplaşır

Cəmiyyət Materials 6 Aprel 2017 18:29 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Avropa Tələbə Psixoloqlar Assosasiyası Federasiyasının konqresi keçiriləcək.
33 ölkədən psixoloqlar Azərbaycanda toplaşır

Bakı. Trend:

"ASAN Könüllüləri" Təşkilatının əsas tərəfdaşlığı ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq Avropa Tələbə Psixoloqlar Assosasiyası Federasiyasının konqresi keçiriləcək.

Trend-in məlumatına görə, 23-30 apreldə keçiriləcək Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci konqresində Avropanın 33 ölkəsindən 300 nəfər gənc psixoloq, 20-ə qədər akademik heyət iştirak edəcək.

Qax şəhərində baş tutacaq konqresin əsas mövzusu “Humanity today” olaraq müəyyənləşdirilib. Bu başlıq altında son dövlərin ən aktual mövzuları olan müharibə və terrorların psixoloji tərəfləri, onların insan psixikasına təsiri, mədəniyyətlər arası çətinliklər, qaçqın krizislərinin psixoloji tərəfləri müzakirə olunacaq. Bundan əlavə, adı çəkilən problemlərin yaratdığı islamafobiya, milli və irqi ayrıseçkiliyin psixoloji aspektləri, multikultiralizm dəyərlərinin əhəmiyyəti və bənzər mövzular da konqresin əsas mövzularındandır.

Qeyd edək ki, EFPSA (European Federation of Psychology Students Assosiation) – Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 34 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. MBD ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti