...

"Meksika, Fransa və Frankofoniya" təqdim olunub (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2017 12:13 (UTC +04:00)
Aprelin 6-da Azərbaycandakı Fransız İnstitutunda, Meksikanın Azərbaycandakı səfiri tərəfindən “Meksika, Fransa və Frankofoniya” adlı məruzə təqdim olunub.
"Meksika, Fransa və Frankofoniya" təqdim olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 6-da Azərbaycandakı Fransız İnstitutunda, Meksikanın Azərbaycandakı səfiri tərəfindən “Meksika, Fransa və Frankofoniya” adlı məruzə təqdim olunub.

Frankofoniya Həftələri çərçivəsində keçirilən tədbirin məqsədi Meksikada fransız təsirinə və onun fransız dilinin istifadə olunması və öyrənilməsində əks olunmasına baxış keçirmək idi.

Səfir Rodriqo Labardini qeyd edib ki, fransız mədəniyyəti Meksikada memarlıq, mətbəx, dəb və əlbəttə ki, ədəbiyyat və fransız dilinin istifadəsi kimi sahələrdə, Meksikanın ictimai həyatında öz əksini tapmışdır. Vurğulanıb ki, Meksika Frankofoniya üzrə Beynəlxalq Birliyinin Müşahidə Dövləti və fransız dilini öyrənən tələbələrin yüksək sayına görə Latın Amerikasının lider ölkəsidir.

Qeyd edək ki, Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Rumınıya və İşveçrə səfirlikləri ilə birgə bu Diplomatik Nümayəndəlik 1-22 aprel 2017 il tarixlərində keçirilən Fransız dili və Frankofoniya bayramını qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti