...

Siyavuş Novruzov: ÜAK-ın ləğvi müəyyən qüvvələrin Azərbaycan-Rusiya əməkdaşlığına zərər vurmaq cəhdidir (YENİLƏNİB)

Cəmiyyət Materials 7 Aprel 2017 12:19 (UTC +04:00)
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi müəyyən qüvvələrin Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığa zərər vurmaq cəhdidir.
Siyavuş Novruzov: ÜAK-ın ləğvi müəyyən qüvvələrin Azərbaycan-Rusiya əməkdaşlığına zərər vurmaq cəhdidir (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi müəyyən qüvvələrin Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığa zərər vurmaq cəhdidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, ÜAK hər zaman Rusiyanın siyasətini dəstəkləyib.

S.Novruzov hesab edir ki, belə məsələnin yaranması iki ölkə arasında narazılıq səbəb olub:

"İki dövlət arasında əlaqələri korlamaq istəyənlər anlamalıdırlar ki, Azərbaycan-Rusiya münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan regionda mühüm rol oynayır. Eyni zamanda, Rusiyanın Türkiyə və İranla münasibətlərində xüsusi rol oynayır".

Qeyd edək ki, bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün müraciət edib. Bildirilib ki, ÜAK fəaliyyəti zamanı Rusiya Federasiyası qanunvericiliyini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti