...

FIG prezidenti: Fərid Qayıbova UEG prezidenti seçkilərində uğurlar arzu edirəm (YENİLƏNİB)

Cəmiyyət Materials 1 May 2017 12:34 (UTC +04:00)
Mən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbova Avropa Gimnastika İttifaqının prezident seçkilərində uğurlar arzu edirəm
FIG prezidenti: Fərid Qayıbova UEG prezidenti seçkilərində uğurlar arzu edirəm (YENİLƏNİB)

Bakı. Trend:

Mən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbova Avropa Gimnastika İttifaqının (UEG) prezident seçkilərində uğurlar arzu edirəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinare Vatanabe deyib.

M.Vatanabe qeyd edib ki, F.Qayıbov gimnastikanın inkişafı üçün təkcə Azərbaycanda yox, həm də Avropada çox iş görüb: “Fərid mənim qardaşımdır. Mən onu yaxşı tanıyıram və fəaliyyətini çox bəyənirəm. Mən ona gələcək seçkilərdə uğurlar arzu edirəm”.

M.Vatanabe həmçinin, Azərbaycanda gimnastikanın inkişafını yüksək qiymətləndirib:

“Əminəm ki, azərbaycanlı gimnastlar 2020-ci Olimpiya oyunlarında bütün gimnastika növlərində təmsil olunacaqlar. Biz tamaşaçıların və KİV-in yarışlara diqqətinin artırılması məqsədilə bir sıra yeniliklər tətbiq etmək niyyətindəyik. Azərbaycan Gimnastika Federasiyasının yarışların təşkilində böyük təcrübəsi var. Burada hər il Dünya Kuboku mərhələləri keçirilir və biz hər dəfə yeniliklərin şahidi oluruq. Bakıya gələn bütün yarış iştirakçıları razı qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti