...

DİM "British Council"la yeni əməkdaşlıq məsələlərini müzakirə edib

Cəmiyyət Materials 12 May 2017 15:22 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi ilə “British Council” təşkilatı arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi məsələsi müzakirə edilib.
DİM "British Council"la yeni əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ilə “British Council” təşkilatı arasında ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində bir neçə layihənin həyata keçirilməsi məsələsi müzakirə edilib.

DİM-dən Trend-ə verilən məlumata görə, bu məsələlər DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt arasında keçirilən növbəti görüşdə müzakirə edilib.

Müzakirələrə əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, orta ümumtəhsil müəssisələrində tətbiq olunan yeni tədris proqramlarına (kurikuluma) əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, həmçinin DİM-in keçirdiyi test imtahanlarında istifadə olunan ingilis dili bölməsinin beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək üçün layihə üzrə gələcək fəaliyyət planı tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti