...

Kənan Abdullaxanlı Azərbaycana daha bir medal qazandırdı

Cəmiyyət Materials 14 May 2017 22:10 (UTC +04:00)
Azərbaycan paracüdoçusu Kənan Abdullaxanlı (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir gümüş medal qazandırıb.
Kənan Abdullaxanlı Azərbaycana daha bir medal qazandırdı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan paracüdoçusu Kənan Abdullaxanlı (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir gümüş medal qazandırıb.

Trend-in məlumatına görə, final görüşündə gedən mübarizədə K.Abdullaxanlının rəqibi Özbəkistan təmsilçisi Şirin Şərifov olub. K.Abdullaxanlı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti