...

Marina Durunda: Mənim üçün öz ölkəmdə kürsüdə durmaq və ölkəmin himnini oxumaq böyük şərəfdir

Cəmiyyət Materials 15 May 2017 00:03 (UTC +04:00)
Bu gün ağır gün idi, lakin biz bütün komanda ilə bu günün öhdəsindən gəldik
Marina Durunda: Mənim üçün öz ölkəmdə kürsüdə durmaq və ölkəmin himnini oxumaq böyük şərəfdir

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün ağır gün idi, lakin biz bütün komanda ilə bu günün öhdəsindən gəldik. Bunu Trend-ə IV İslam Həmrəyliyi Oyunlarında gimnastika yarışları üzrə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan gimnstı Marina Durunda deyib.

Marina Durunda deyib ki: "Bu gün bir gimnast digərini dəyişirdi və dəstəkləyirdi və biz yaxşı nəticə göstərdik. Əlbəttə, həmişə daha yaxşı çıxış etmək mümkündür və bütün qızıl medalları biz qazana bilərdk. Bir gündən sonra biz Avropa Çempionatına yollanırıq. Orada daha yaxşı, daha inamla çıxış etmək lazım olacaq. Bu, mənim üçün ilk start idi, səhvlər üzərində işləmək lazımdır", - gimnast deyib.

Marina Durunda qeyd edib ki, Milli Gimnastika Arenasının zalı tam dolmuşdu: "Bu, çox xoşdur ki, zal sənin və ölkənin adını təqti edir. İnsan emosiyalar ilə dolur, və daha yaxşı nəticə göstərmək istəyir. Mənim üçün öz ölkəmdə kürsüdə durmaq və bütün zal ilə birgə ölkəmin himnini oxumaq böyük şərəfdir. Bu, hər bir idmançının arzusudur. Bütün məşqçilərə və Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm", - gimnast deyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti