...

Doğum haqqında şəhadətnamə verilməsi üzrə e-xidmət yeniləndi

Cəmiyyət Materials 6 İyun 2017 12:18 (UTC +04:00)
Azərbaycanda səhiyyə sahəsində ən çox istifadə olunan elektron xidmətlər tibb işçiləri tərəfindən vətəndaşların işə qəbulla bağlı müsabiqədə iştirak və sənədlərin qəbuludur.
Doğum haqqında şəhadətnamə verilməsi üzrə e-xidmət yeniləndi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda səhiyyə sahəsində ən çox istifadə olunan elektron xidmətlər tibb işçiləri tərəfindən vətəndaşların işə qəbulla bağlı müsabiqədə iştirak və sənədlərin qəbuludur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə Açıq hökumətin təşviqinə dair “2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbirdə cıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yalnız bu ilin may ayının 1-dən 20-nə kimi bu xidmətdən 20 mindən çox şəxs istifadə edib:

“Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıya uyğun olaraq, Səhiyyə Nazilriyi tərəfindən göstərilən xidmətlərin sayı 38 olsa da, artıq faktiki olaraq, göstərilən xidmətlərin sayı 40-ı keçib. Bu say getdikcə artır və xidmətlərin keyfiyyətinin artırılmasına çalışırıq. Xidmətlərin göstərilməsi zamanı tələb olunan sənədlərin azalması, mobil versiyaların hazırlanması sahəsində işlər daima davam etdirilir”.

C.Əsədzadə deyib ki, Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin asanlaşdırılması məqsədilə 19 adda elektron xidmət yenidən hazırlanaraq vətəndaşların, tibb işçilərinin xidmətinə verilib. Bunlara “Doğum haqqında tibbi şəhadətnamə” elektron reyestrindən məlumatların verilməsi, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu və digər xidmətlər daxildir. Bir sıra xidmətlərin yenidən hazırlanması nəticəsində yalnız 2016-cı il ərzində elektron xidmətlərdən istifadə edənlərin sayı 115 mini keçib.

Mərkəz direktoru qeyd edib ki, elektron xidmətlərin asanlaşdırılması nəticəsində tələb olunan sənədlərin sayı azalıb və xidmətlərdən istifadə rahatlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti