...

"Azərbaycanda Xristianlıq: keçmişdən bu günə" kitabı nəşr olunub

Cəmiyyət Materials 29 İyun 2017 15:50 (UTC +04:00)
"Azərbaycanda Xristianlıq: keçmişdən bu günə" kitabı nəşr olunub.
"Azərbaycanda Xristianlıq: keçmişdən bu günə" kitabı nəşr olunub

Bakı. Trend:

Xristianların Azərbaycandakı zəngin tarixi irsini və ənənələrini üzə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələri təbliğ etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub.

Komitədən Trend-ə verilən məlumata görə, kitabın müəllifi Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadədir.

Tədqiqat əsərinin “Qədim Şərq Kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani Xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.

Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti