...

Meksika turizm sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Cəmiyyət Materials 8 İyul 2017 08:52 (UTC +04:00)
İqtisadi əməkdaşlığın artırılması məqsədilə ilin sonunadək Meksikanın rəsmi şəxslərinin Bakıya səfəri planlaşdırılır.
Meksika turizm sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Bakı. Yelena Kosolapova - Trend:

İqtisadi əməkdaşlığın artırılması məqsədilə ilin sonunadək Meksikanın rəsmi şəxslərinin Bakıya səfəri planlaşdırılır.

Bu barədə Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Diplomat qeyd edib: "Biz Meksikanın iqtisadi sahədə rəsmi şəxslərinin səfərinin təşkili üzərində işləyirik. Ümid edirik ki, ilin sonunadək bu səfər baş tutacaq".

R.Labardini xatırladıb ki, son dövrlərdə Meksika nümayəndələrinin Azərbaycana bir sıra səfərləri gerçəkləşdirilib, o cümlədən bu il Meksika ilk dəfə olaraq Bakıda qida sərgisində iştirak etdi:

"17-19 mayda keçirilmiş 23-cü Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisində iştirak etmək üçün Bakıya Meksikanın "ProMexico" Dövlət Agentliyinin iqtisadi məsələlər üzrə müşaviri Xorxe Alberto Kruz Abaskal gəlmişdi. Səfər zamanı o, Azərbaycanın dövlət qurumlarının nümayəndələri və yerli sahibkarlarla bir sıra görüşlər keçirmişdi. Biz Meksika biznes nümayəndə heyətinin Bakıya səfərini təkrarlamaq istəyirik. Biz biznes əlaqələrinin möhkəmləndirilməsində maraqlıyıq".

Səfir bildirib ki, Meksikada olduğu kimi, Azərbaycanda da neft-qaz sektoru yaxşı inkişaf edib, bu sahədə əməkdaşlığın yaxşı perspektivkləri var:

"Biz, həmçinin digər sahələrdə, məsələn, mədəniyyət və turizm üzrə əməkdaşlığı genişləndirmək istəyirik. Meksika dünyada daha çox səyahət edilən ölkələr arasında 9-cu yeri tutur. Bu il ölkəyə 37 milyon turistin gələcəyi gözlənilir".

Onun sözlərinə görə, Meksika bu sahədə təcrübəsini hazırda iqtisadiyyatını şaxələndirən və daha çox turist cəlb etmək istəyən Azərbaycanla bölüşməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti