...

Rusiyanın tanınmış azərbaycanlı vəkili ilə görüş (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2017 15:11 (UTC +04:00)
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib.
Rusiyanın tanınmış azərbaycanlı vəkili ilə görüş (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatında Rusiyanın ən məhşur vəkillərindən biri, həmyerlimiz Elman Paşayevlə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə tanınmış vəkilin fəaliyyəti, uğurları və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində görə biləcəyi işlər barədə danışılıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli diqqətə çatdırıb ki, son illərdə Moskvada baş tutmuş və hüquqları müdafiə olunan tərəfin qələbəsilə başa çatmış əksər məhkəmə proseslərinin altında məhz həmyerlimiz Elman Paşayevin imzası durur.

E.Həsənli qeyd edib ki, E.Paşayev Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görüb.

Daha sonra E.Paşayev təhsili və fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Moskva Hüquq İnstitutunu və Moskva Dövlət Hüquq Akademiyasını bitirib və 2004-cü ildən hüquqi fəaliyyətə başlayıb. E.Paşayev ABŞ və digər ölkələrdə ixtisas artırma kurslarında təhsil alıb.

Xəbər lenti

Xəbər lenti