...

Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə Pakistanda xeyriyyə tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2017 15:31 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Pakistanda növbəti xeyriyyə tədbiri təşkil olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Pakistanın sağlamlıq imkanları məhdud şəxslərinin təhsili, qayğısı və koordinasiyası üzrə fəaliyyət göstərən Xüsusi Təhsil üzrə Milli İnstitutda keçirilən mərasimdə bu ölkənin Paytaxt İdarəçiliyi və İnkişaf üzrə dövlət naziri Tarik Fazal Çoudri, nazirliyin Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin baş direktoru Şeyx Əzhər Səccad, Xüsusi Təhsil üzrə Milli İnstitutun direktoru Nüsrət Tahir, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, kütləvi informasiya vasitələrinin nümayəndələri, səfirliyin əməkdaşları və Pakistanın müxtəlif sağlamlıq imkanları məhdud mərkəzlərindən uşaqlar iştirak ediblər.

Pakistanın dövlət naziri Tarik Fazal Çodri xeyirxah təşəbbüslərə görə Azərbaycan hökumətinə, xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, Fondun Pakistanda həyata keçirdiyi layihələrin Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini və Pakistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, dəhşətli zəlzələ nəticəsində tamamilə dağılan Müzəffərabadda Heydər Əliyev Fondunun tikdirdiyi qızlar məktəbinin, habelə Pakistanın müxtəlif əyalətlərində reallaşdırdığı humanitar layihələrin nəcib təşəbbüsün təzahürü olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan-Pakistan dostluğunun möhkəm təməllər üzərində inşa edilməsindən, ölkələrin həssas zamanlarda bir-birini dəstəkləməsindən danışıb, Pakistan hökumətinin sosial sahədə gördüyü işlər barədə məlumat verib.

Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin baş direktoru Şeyx Əzhər Səccad Heydər Əliyev Fondunun Pakistanın müxtəlif sağlamlıq imkanları məhdud mərkəzlərinin uşaqları üçün keçirdiyi xeyriyyə tədbirinin mənəvi məqamlarından bəhs edərək bu layihələrin onların həyata nikbin yanaşmasına stimul verdiyini deyib.

Heydər Əliyev Fondunun prezident Mehriban Əliyevanın adından iştirakçıları salamlayan və bayram münasibətilə təbrikləri çatdıran səfir Əli Əlizadə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin səmimi münasibət və möhkəm təməllər üzərində qurulduğunu, demək olar ki bütün məsələlərdə hər iki ölkənin bir birini dəstəklədiyini, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, ticari, humantiar və digər sahələri əhatə etdiyini nəzərə çatdırıb.

Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Pakistanda gördüyü işlər barədə məlumat verən səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə gerçəkləşdirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqının qardaş Pakistana bəslədiyi səmimi duyğularının və həmrəyliyinin simvolu olduğunu vurğulayıb.

Səfir Fond tərəfindən 2005-ci ildən başlayaraq Pakistanda məktəb tikintisi, talesemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması və bu kimi bir çox layihələrin həyata keçirildiyini, bugünkü xeyriyyə tədbirinin də həmrəyliyin, birliyin təzahürü olduğunu qeyd edib, hədiyyələrlə yanaşı bayram qurbanlıqların kəsilərək sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin beş mərkəzinə təqdim olunduğunu bildirib.

Tədbirdə həmçinin, uşaqlar kiçik səhnəciklər göstərib, mahnılar ifa edib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün mərkəzlərə Heydər Əliyev Fondunun hədiyyələri, planşetlər, dərs ləvazimatları və müxtəlif oyuncaqlar da təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti