...

Nazir müavini dərmanların qiymətindən danışdı

Cəmiyyət Materials 28 Sentyabr 2017 13:15 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov, İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının qiyməti tənzimlənib.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, ümumilikdə Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda demək olar ki qeydiyyatda olan bütün dərman preparatlarının qiymətlərinə baxılıb və vahid qiymət qoyulub:

"Söz yox ki, bu, daim rotasiya olunan, təkrarlanan prosesdir. Bəzi preparatların qeydiyyatının vaxtı qurtarır, yeni preparatlar qeydiyyata düşür və proses davam etdirilir. Artıq 10 mindən çox dərman preparatının qiymətləri dövlət tərəfindən tənzimlənib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti