Abel Məhərrəmov: Elmin zirvələrinə gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var

Abel Məhərrəmov: Elmin zirvələrinə gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var

Bakı. İlhamə İsabalayeva – Trend:

Elmin zirvələrinə özünün gərgin əməyi ilə ucalan şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var.

Trend -in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov BDU-da "Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa”da deyib.

Azərbaycanda qadınların bir çox sahələrdə irəli getdiyini deyən rektor ali məktəblərə yüksək balla qəbul olanlar arasında qızların özünəməxsus yer tutduğunu söyləyib: "Fəxrlə qeyd etmək istərdim ki, xalqımızın elm tarixində qadınların xüsusi yeri var. XX əsrdə yetişən, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınlarından bir neçə alim xanımın adını çəkmək istərdim. Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdəndir. Aida xanım barəsində xüsusi danışmaq istərdim. Elmin zirvələrinə özünün gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var. Aida İmanquliyeva nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, həyatımızın bütün sahələrinin inkişafında qadın intellektinə, qadın bacarığına həmişə ciddi ehtiyac olub: "Gündən-günə həyatımızın bütün sahələrində əldə etdiyimiz tərəqqi demokratiya və insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Azərbaycan elmində qadınların sayının ildən-ilə artması bizim daha önəmli uğurumuzdur. Və bizim, xüsusi ilə də gənclərimizin borcudur ki, bu insanları daim yad etsinlər, onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənsinlər, davam etdirsinlər".

H.Hüseynova bildirib ki, Azərbaycan qadını hər zamanı - həyatı, intellekti və sosial aktivliyi özündə cəmləşdirir: "Onlar yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün sənətlər və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutublar: "Qeyd edək ki, XX əsrdə Azərbaycan xalqı elmə İzzət Orucova, Sara Aşurbəyova, Püstə Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş edib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik Zərifə Əliyevanın təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva, həm də ekologiyanın aktual problemləri ilə bağlı işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın - Tahirə Tahirova eyni zamanda, ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan SSR xarici işlər naziri olmuşdu. Tanınmış elm və ictimai-siyasi xadimi Zəhra Quliyeva Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməklə ilkə imza atdı. Yüksək intellektual potensiala malik olan bu qadın-alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə həm Azərbaycan elmində, həm də bütövlükdə, elm tarixində dərin izlər qoyublar. Bu qadınların adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir. Həmin sırada tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. İstedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir. Onun tədqiqatlarında milli-mənəvi dəyərlər sistemi bəşərilik kontekstində təhlil olunur. Bu isə mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqli cəhətlərinin araşdırılması üçün vacib məsələlərdən biridir".

H.Hüseynova bildirib ki, şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın araşdırmalarında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur: "Məhz bu baxımdan onun əsərləri Azərbaycan genderşunaslığı üçün qiymətli bir vəsaitdir. Aida xanımın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideyaları, onların mahiyyətini çox dərindən bildiyini görürük. Aida xanım həmçinin, müasir Azərbaycan elmində və cəmiyyətində özünəməxsus yer tutan Nərgiz xanım və Mehriban xanım kimi övladlar yetişdirib. Onlar vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq, ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, müasir dövrdə respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına bir nümunədir. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanımın rolu danılmazdır. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir".

H.Hüseynova deyib ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır: "Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. İnanırıq ki, Azərbaycanın alim qadınlarının fəallığı gündən-günə daha da artacaq, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksələcək".

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, hər bir vətəndaş özünün cəmiyyətdəki yerini düzgün müəyyən etməlidir.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası qadınların cəmiyyətdə uğur qazanması üçün bərabər imkanlar yaradır: "Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə, xüsusilə texniki, mühəndislik sahəsinə gəlməsində müəyyən problemlər yaradır. Bu gün cəmiyyətdə bəzən humanitar sahə dedikdə qadınları, texniki sahə dedikdə kişi fikirləşirlər".

B.Muradova deyib ki, istedadı, bacarığı və ailə dəstəyi olan qadınlar cəmiyyətdə mütləq uğur qazanacaqlar.

Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Loading Bars
Xəbər lenti
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilib
AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
Hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edək! - DİN-dən çağırış
Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib (FOTO)
Cəsədlərin təhvili ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib - BQXK
Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib
Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib
Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında Qanun təsdiqləndi
MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi
Babək qəsəbəsinə şəhər statusu verildi
Dağlıq Qarabağ münaqişəsinin sadə həlli mövcud deyil - Putin
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir – SƏRƏNCAM
Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
Azərbaycanın Kubada Səfirliyi təsis edilir
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Düşmən Goranboy, Tərtər və Bərdə rayonlarını artilleriya atəşinə tutur
Ermənistanın atəşi ilə Göygöldə baş verən meşə yanğını söndürüldü
Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib
Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert
Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - Deputat
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın mülki vətəndaşları öldürməsi ilə bağlı hesabat hazırlayıb
Ombudsmanın Bərdədə faktaraşdırıcı missiyasının fəaliyyətinə dair video hazırlanıb
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
“Şəxsi gigiyena qaydaları” şagirdlərə 1-ci sinifdən bir fənn kimi keçirilsin - TƏKLİF
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Polis karantin qaydalarına nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Ermənistanla sərhəd zastavasının atəşə tutulması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN
Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov
Ermənistanın 543-cü alayı Dağlıq Qarabağa getməkdən itmina edib
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - MN
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başlayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında
Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir
Ermənistan xarici diplomatların olduğu Bərdəni atəşə tutur (VİDEO)
YAP Bərdə terroru barədə dünya ictimaiyyətini e-mail məlumatlandırma aksiyasını keçirir
Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev
İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub - RƏSMİ
Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib
Bütün xəbərlər