...

Güzəştli mənzil almaq istəyənlər üçün ən SON XƏBƏR

Cəmiyyət Materials 18 Oktyabr 2017 12:34 (UTC +04:00)
Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ildə istifadəyə veriləcək
Güzəştli mənzil almaq istəyənlər üçün ən SON XƏBƏR

Bakı. Ənvər Məmmədov - Trend:

Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib.

Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.

S.Sadıqov deyib: “Kompleksin tikintisində 20-dən çox podratçı çıxış edir. İşlərə 3500-ə yaxın adam cəlb edilib. Bu kompleks 1843 ailəni yeni mənzillə təmin edəcək. Layihələndirmə mərhələsində olan ikinci kompleks isə 3000 mənzildən ibarət olacaq”.

Xəbər lenti

Xəbər lenti