...

Bakıda qətl: Şəki sakini əmisi oğlunu öldürdü

Cəmiyyət Materials 19 Oktyabr 2017 10:02 (UTC +04:00)
Paytaxtda qətl hadisəsi baş verib.
Bakıda qətl: Şəki sakini əmisi oğlunu öldürdü

Bakı. Samir Əli - Trend:

Paytaxtda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Şəki şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Aslan oğlu İsgəndərov doğma əmisi oğlu 1988-ci il təvəllüdlü Şəki şəhər sakini, Pərviz Məzahir oğlu İsgəndərovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.İsgəndərov P.İsgəndərovu bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndəov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti