...

YENİLİK - Nəqliyyat kartlarını “elektron pul kisəsi” ilə yükləmək mümkün olacaq

Cəmiyyət Materials 23 Oktyabr 2017 13:04 (UTC +04:00)
“BakıKart” nəqliyyat kartlarını “elektron pul kisəsi” vasitəsilə yükləmək mümkün olacaq
YENİLİK - Nəqliyyat kartlarını “elektron pul kisəsi” ilə yükləmək mümkün olacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

“BakıKart” nəqliyyat kartlarını “elektron pul kisəsi” vasitəsilə yükləmək mümkün olacaq.

Bu barədə Trend-ə Azərbaycanın ödəniş sistemi bazarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, bu xidmətdən hələlik korporativ müştərilər istifadə edə biləcək.

Mənbə əlavə edib ki, şirkətlər öz əməkdaşları üçün gediş kartı aldıqdan sonra aylıq olaraq “elektron pul kisəsi”nə müəyyən məbləğ keçiriləcək. Sərnişin kartı “BakıKart” ödəmə aparatlarına yaxınlaşdırdıqda məbləğ avtomatik kartın balansına keçəcək.

Xəbər lenti

Xəbər lenti