...

Nazirlik: Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir

Cəmiyyət Materials 2 Noyabr 2017 16:16 (UTC +04:00)
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.
Nazirlik: Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib.

RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.

Onun sözlərinə görə, hazırda da suçiçəyinə yoluxanların sayında azalma müşahidə edilir:

“Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir. Hələ artım müşahidə edilmir. Xəstəliyin əsas yayılma dövrü qışda olur. Qışda əhali daha çox qapalı mühitdə olduğundan hava-damcı infeksiyalarının artımı baş verir. Hələ ki, xəstəliyin haradasa qeydə alınması barədə bizə məlumat daxil olmayıb. Ola bilər ki, xəstəlik tək-tək hallarda qeydə alınsın. Amma xəstəliyin xeyli artması barədə danışmaq düzgün deyil”.

A.Əliyeva bildirib ki, Azərbaycanda suçiçəyinə qarşı peyvəndin tətbiqi hələ nəzərdə tutulmayıb.

O əlavə edib ki, 2018-ci ilin peyvənd təqvimində də dəyişikliyin aparılması nəzərdə tutulmayıb: “2016-cı ildə inaktivləşdirilmiş poliomielit vaksini tətbiq etdik. 3 valentli poliomielitdən 2 valentli poliomielit vaksinə keçdik. Ancaq növbəti ildə hələ ki, heç bir yeni peyvəndin tətbiqi nəzərdə tutulmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti