...

Paytaxt məktəblilərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil edilir (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2017 10:10
Paytaxt məktəblilərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyalar təşkil edilir.
Paytaxt məktəblilərinin YARAT Müasir İncəsənət  Mərkəzinə ekskursiyaları təşkil edilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 16-dan ümumi təhsil məktəblərində payız tətili başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin payız tətilini səmərəli, maraqlı və əyləncəli təşkil etmək üçün tədbirlər həyata keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbirlər, YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyalar təşkil edilir. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalar qısa mühazirə və bir sıra yaradıcı oyunlardan ibarətdir.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara ekskursiyalar da təşkil olunur. Məqsəd şagirdlərin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki Uşaq-Gənclər İnkişaf mərkəzləri və İdman məktəbləri tətil günlərində fəaliyyətlərini davam etdirir. Bu müəssisələrdə tətil günlərində məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Ümumi təhsil məktəblərində tətildən sonra ilk dərs günü noyabrın 21-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti