...

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Cəmiyyət Materials 22 Noyabr 2017 18:36
Azərbaycan hökuməti Bakı-Astara dəmir yolunun köçürülməsi üzrə hazırlıq işləri aparır
Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan hökuməti Bakı-Astara dəmir yolunun köçürülməsi üzrə hazırlıq işləri aparır.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üçün dövlət büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir deyib ki, söhbət dəmir yolunun Lənkəran və Astaradan keçən hissəsindən gedir: “Bakı-Astara dəmir yolunun köçürülməsi məsələsi ilə hazırda “Azərbaycan Dəmir Yolları” QSC məşğul olur”.

Qeyd edək ki, bu gün Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsi təklifi ilə çıxış edib.

O bildirib ki, sözügedən dəmir yolu birbaşa dəniz sahilindən keçir və dənizə çıxışı bağlayır: “Suyun qabarma dövründə dəmir yolunun fundamenti yuyulur və belə olan halda, dəmir yolu korlanır. Düzdür, dəmir yolu təmir olunur. Lakin bu, problemdən çıxış demək deyil. Bu yolun köçürülməsi dənizkənarı infrastrukturun inkişafına böyük töhvə olar, eyni zamanda dəmir yolunun sürətini artırar və daha səmərəli fəaliyyətinə təsir edə bilər. Şimal-Cənub dəhlizi bir ildən sonra istifadəyə veriləcək. Bundan sonra onun köçürülməsi çətin olacaq. Çünki yük daşımaları çoxaldıqda köçürülmə prosesi çətinləşəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti