...

İcra Hakimiyyəti: Ağdamda zəlzələ nəticəsində 176 evə zərər dəyib

Cəmiyyət Materials 24 Noyabr 2017 11:54 (UTC +04:00)
Noyabrın 15-də Ağdamda baş vermiş zəlzələ nəticəsində 176 evə zərər dəydiyi müəyyən edilib.
İcra Hakimiyyəti: Ağdamda zəlzələ nəticəsində 176 evə zərər dəyib

Bakı. Samir Əli - Trend:

Noyabrın 15-də Ağdamda baş vermiş zəlzələ nəticəsində 176 evə zərər dəydiyi müəyyən edilib. Bu barədə Trend-ə özəl olaraq Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, zəlzələ baş verən vaxtdan etibarən Fövqəladə Hallar Nazirliyinin və Ağdam rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komissiya rayon ərazisində evlərə baxış keçirir: "Artıq 176 müraciətə baxılıb və dəyən zərərlər müəyyən edilib. Hazırda komissiya digər müraciətləri də araşdırır".

Xatırladaq ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

Seysmoloji Xidmət Mərkəzi: Ağdamda evlərdəki çatlar zəlzələdən deyil, aprel döyüşləri nəticəsində əmələ gəlib - FOTOFAKT

Seysmoloji Xidmət Mərkəzi: Ağdamda evlərdəki çatlar zəlzələdən deyil, aprel döyüşləri nəticəsində əmələ gəlib - FOTOFAKT

Hadisə nəticəsində Ağdamda 1, Tərtərdə isə 3 ev dağılıb, onlarla ev və obyekt zədələnib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin bu gün yaydığı məlumatda isə bildirilir ki, evlərdə əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ilin aprel döyüşləri nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni həmin evlərdə zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti