...

Səhiyyə Nazirliyi koksaki virusunun yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 30 Noyabr 2017 17:09 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar aarsında koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Səhiyyə Nazirliyi koksaki virusunun yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə Koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb”.

A.Əliyeva bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpgi özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti