...

Göyçayda maşın dirəyə çırpıldı - 2 əmioğlu xəstəxanaya yerləşdirildi

Cəmiyyət Materials 1 Dekabr 2017 10:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Göyçayda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Bığır kənd sakini, 1990-cı il təvəllüdlü Qafarov Valeh Bəhmən oğlu "Vaz" markalı avtomobili idarə edərkən idarəetməni tirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində V.Qafarov və sərnişini, əmisi oğlu 1998-ci il təvəllüdlü Qafarov Ruslan Əvəz oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə səbəb yüksək sürət olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti