...

Azərbaycanda arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlanıb

Cəmiyyət Materials 1 Dekabr 2017 20:09 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlayıb
Azərbaycanda arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlanıb

Bakı. Azad Həsənli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov BP ilə birgə Azərbaycanda arıçılığın inkişafına dəstəyə həsr olunmuş tədbirdə deyib.

Nazirin sözlərinə görə, yaxın zamanlarda bu təkliflər baxılması üçün Azərbaycan hökumətinə təqdim ediləcək.

H.Əsədov qeyd edib ki, son illərdə Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının rolu əhəmiyyətli dərəcədə artıb ki, bu həmçinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd əhalisinin məşğulluğunun və gəlirlərinin artmasına da şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti