Bakı. Maksim Tsurkov - Trend:
Bakıda məcburi eniş edən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsinin kapitanı, sərnişinlərin təyyarəni tərk etmələri barədə qərar qəbul edib.
Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata əsasən, sərnişinlər aeroportun tranzint zonasında yerəşdiriləcəklər. Onlar, zəruri olan hər bir şey ilə, o cümlədən qida və içki ilə təmin olunacaqlar.
23:53
Bakı aeroportu reysin sərnişinlərini qəbul etməyə və müvafiq yardım göstərməyə hazırdır. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında deyiblər.
"Ancaq sərnişinlər pilotun qərarı ilə hələlik təyyarəni tərk etməyiblər", deyə aeroportdan bildirilib.
21:41
"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.
Bu barədə Trend-ə hava limanından xəbər veriblər.
Qeyd olunur ki, eniş kabinənin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.