...

Fərdi uçot sistemində 185 663 şəxs qeydiyyata alınıb

Cəmiyyət Materials 19 Dekabr 2017 14:29 (UTC +04:00)
Bu ilin 11 ayında fərdi uçot sistemində əlavə olaraq 185 663 şəxs qeydiyyata alınıb.
Fərdi uçot sistemində 185 663 şəxs qeydiyyata alınıb

Bakı. Trend:

Bu ilin 11 ayında fərdi uçot sistemində əlavə olaraq 185 663 şəxs qeydiyyata alınıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.

Cari ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, 1 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.

Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən fərdi uçot sistemi qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.

ƏƏSMN-nin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən istifadə etməklə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti